Haqqımızda

Təsisçi və Baş redaktor: Tahir Talıblı

Xeberver.az İnformasiya Portalı TahTal Media MMC-nin tərkibində fəaliyyət göstərəcək.

2025-ci ildən etibarən Xeberver.az obyektiv, peşəkar və operativ xəbər təqdimatı prinsipi ilə fəaliyyətə başlayacaq müasir onlayn media platforması olacaq. Əsas məqsədimiz gündəmi doğru və dolğun şəkildə çatdırmaq, cəmiyyətin informasiya ehtiyacını qarşılamaqdır.

Saytımızda GÜNDƏM, DÜNYA, SİYASƏT, CƏMİYYƏT, KRİMİNAL, İQTİSADİYYAT, MƏDƏNİYYƏT, İDMAN, RƏSMİ, ŞOU, ARAŞDIRMA, ELM VƏ TƏHSİL, SON DƏQİQƏ, MÜSAHİBƏ, SAĞLAMLIQ, REDAKTOR SEÇİMİ kimi bölmələr vasitəsilə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə baş verən mühüm hadisələr barədə operativ məlumatlar təqdim olunacaq.

Ənənəvi jurnalistika dəyərlərinə sadiq qalaraq, təqdim ediləcək məlumatların doğruluğu yoxlanılacaq, mənbələrin etibarlılığına xüsusi diqqət yetiriləcək. Eyni zamanda müasir texnologiyalardan istifadə olunmaqla xəbərlər sürətli və keyfiyyətli şəkildə oxuculara çatdırılacaq.

Xeberver.az dövlətçilik prinsiplərinə sadiq qalacaq, milli maraqların və dövlət siyasətinin qorunmasına həssas yanaşacaq. Platformamız rəsmi mövqelərə balanslı yanaşmaqla yanaşı, ölkədə gedən siyasi, iqtisadi və sosial proseslərə də vətənpərvər mövqedən yanaşacaq.

Məqsədimiz təkcə xəbər vermək deyil, həm də maarifləndirmək, düşündürmək və sağlam ictimai rəyin formalaşmasına töhfə verməkdir. Saytda yayımlanacaq araşdırmalar, müsahibələr, ekspert rəyləri ilə yanaşı, yüksək səviyyəli ədəbi-bədii yazılar, esse və publisistik materiallar da yer alacaq. Bu məqalələr cəmiyyətin intellektual inkişafına və estetik zövqünə xidmət edəcək.

Oxucu məmnuniyyəti daim prioritetimiz olacaq. Fikirləriniz və təklifləriniz fəaliyyətimizə istiqamət verəcək. Xeberver.az daim inkişaf edən, yeniliklərə açıq və dəyişən informasiya mühitinə uyğunlaşan bir media qurumu kimi fəaliyyət göstərəcək.